Ağcabədidə "HOWO", Bakıda "VAZ" yanıb

Ağcabədidə "HOWO", Bakıda "VAZ" yanıb
  08 Aprel 2018    Oxunub:1247
Ağcabədi rayonu, Şərəfxanlı kəndində "HOWO" markalı yük avtomobilinin 4 ədəd arxa sağ təkəri yanıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik naqilləri yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti