Kanalda batan şəxslərin cəsədləri tapılıb

Kanalda batan şəxslərin cəsədləri tapılıb
  08 Aprel 2018    Oxunub:1505
Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Kanal   Cəsəd  





Xəbər lenti