Köməksiz qalan 1 nəfər xilas edilib

Köməksiz qalan 1 nəfər xilas edilib
  08 Aprel 2018    Oxunub:1866
Paytaxtda liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti