İranın XİN rəhbəri Naxçıvanda Duzdağa baş çəkib
AzVision.az-ın məlumatına görə, qonağın diqqətinə çatdırılıb ki, 1979-cu ildə duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial-astma və ağciyər-bronx sisteminin digər qeyrispesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar.
Sonra İranın xarici işlər naziri ölkəsinin Naxçıvandakı Baş Konsulluğuna gəlib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.
AzVision.az