Məmmədyarov bir sıra görüşlər keçirib

Məmmədyarov bir sıra görüşlər keçirib
  07 Aprel 2018    Oxunub:1284
Azərbaycanın xarici işlər naziri Qoşulmama Hərəkatının nazirlər konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin Bakıda keçirilən konfransı çərçivəsində Qabon Respublikasının xarici işlər naziri Noel Nelson Messone, Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Çerif, Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Ri Yon-ho, Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat, Sudan Respublikasının xarici işlər üzrə dövlət naziri Mohamed Abdalla İdris Mohamed və Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşüb.

Görüşlərdə Bakı konfransında müzakirə olunan aktual mövzular, eləcə də regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb. Qonaqlar konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə ediblər.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti