Göygöldə partlamamış hərbi sursat tapılıb
Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə çay dərəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik top mərmisi (3OF-49) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd boş giliz və 1 ədəd partlamış mərmi qalığı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 5 000 kv.m əraziyə yerüstü və 100 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
AzVision.az
Teqlər: FHN ANAMA Hərbi Sursat