“Qondarma rejimin nümayəndələrinin səfərlərini izləyirik” - Məmədyarov

“Qondarma rejimin nümayəndələrinin səfərlərini izləyirik” - Məmədyarov
  06 Aprel 2018    Oxunub:1265
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qondarma Dağlıq Qarabağ rejiminin “xarici işlər naziri”nin Rusiyanın paytaxtı Moskvaya səfərinə münasibət bildirib.
AzVision.az-ın məlumatına görə, nazir bildirib ki, qondarma rejimin nümayəndələri digər ölkələrin rəsmi şəxsləri ilə görüşəndə rəsmi Bakı bununla bağlı müvafiq açıqlamalar və nota verir.

“Biz bu prosesi izləyirik. Bu şəxslərin Moskva görüşlərini də izləyəcəyik və bununla bağlı müvafiq addımları atacağıq. Bu yaxınlarda qondarma rejimin nümayəndələri Fransada parlament nümayəndəsi və merlə görüşmüşdülər. Hazırda biz Fransa hökumətindən verdiyimiz notaya cavab gözləyirik. ABŞ Dövlət Departamenti, həmçinin ABŞ-ın Bakıdakı səfirliyi Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdırlarını bəyan etmişdilər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Qarabağ   Fransa   Rusiya  





Xəbər lenti