Seçki məntəqələrinin yanğın təhlükəsizliyi qorunacaq

Seçki məntəqələrinin yanğın təhlükəsizliyi qorunacaq
  06 Aprel 2018    Oxunub:1265
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ərəfəsində seçki məntəqələrində yanğına qarşı maarifləndirmə tədbirlərini davam etdirir.
FHN-dən AzVision.az-a verilən məlumata görə, növbəti tədbirlər 32 saylı Suraxanı III, 26 saylı Sabunçu I, 25 saylı Nizami II və 34 saylı Xətai I seçki dairələrindəki seçki məntəqələrində keçirilib.

Seçki məntəqələrinin yerləşdiyi binada köçürmə çıxışlarının bütün qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması, məntəqələrin ilkin odsöndürmə vasitələri ilə təmin olunması və üzvlərinin təxliyə yolları, su hidratlarının yerinin yadda saxlanılması, elektrik avadanlığının işlək vəziyyətdə nəzarətsiz qalmaması izah olunub.

Eyni zamanda, Xidmət tərəfindən hazırlanan və seçki məntəqələrinin yanğın təhlükəsizliyindən bəhs edən üç adda yaddaş vərəqələri paylanıb və ilkin odsöndürən vasitələrdən istifadə qaydaları əyani şəkildə göstərilib.

AzVision.az


Teqlər: FHN   Seçki   Yanğın  





Xəbər lenti