Sürücülərin nəzərinə: Bu yollar bağlanır

Sürücülərin nəzərinə: Bu yollar bağlanır
  06 Aprel 2018    Oxunub:1398
Aparılan təmir işləri ilə əlaqədar bu gecə Bakının iki ərazisində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulub.
AzVision.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşdırma qısa müddətə paytaxtın Nərimanov rayonunun Təbriz küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində, həmçinin Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun Lökbatan qəsəbəsi istiqamətində tətbiq ediləcək.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunub.

AzVision.az


Teqlər: Yol   Təmir  





Xəbər lenti