Hər il olduğu kimi, “Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirilir. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə edirlər.
Mart ayının qalibləri olan “Twitter” istifadəçilərinin adları artıq məlumdur: Rauf Hacımuradov (twitter.com/Rauf_H) və Kənan Yusifli (twitter.com/Kenan_Yusifli).
Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.
AzVision.az