Zərif Bakıdan Naxçıvana getdi - Vasif Talıbov dəvət edib

Zərif Bakıdan Naxçıvana getdi - Vasif Talıbov dəvət edib
  06 Aprel 2018    Oxunub:1969
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 6-da Naxçıvan Muxtar Respublikasına səfər edib.
AzVision.az “İRNA”-ya istinadən xəbər verir ki, səfər Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun dəvəti ilə həyata keçirilir.

Zərif bildirib ki, İranla Naxçıvan arasında yaxşı münasibətlər mövcuddur: “Mən ümid edirəm ki, bu səfər mövcud münasibətlərin daha da yüksək səviyyəyə çatmasına kömək edəcək. İran və Naxçıvan arasında siyasi, iqtisadi və mədəni sahələrdə münasibətlər fəal inkişaf edir”.

Qeyd edək ki, M.Zərif aprelin 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: İran   Naxçıvan  





Xəbər lenti