"Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır" - Ənvər Qarqaş

"Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır" - Ənvər Qarqaş
  06 Aprel 2018    Oxunub:1399
"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycanla mükəmməl əlaqləri var. Biz Azərbaycandakı inkişafı çox pozitiv dəyərləndiririk".
AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən NAM-ın (Qoşulmama Hərəkatı) konfransında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə naziri Ənvər Qarqaş deyib.Nazir bildirib ki, Azərbaycan modern müsəlman ölkəsidir:

"Birləşmiş Ərəb Əmirlikləri bu dəyərləri bölüşür. İkitərəfli əlaqələrə gəldikdə isə biz, Azərbaycanı gələcəyə inamla baxan, inkişaf edən ölkə kimi dəyərləndiririk. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana turizm, biznes və digər sahələr üzrə xeyli səfərlər həyata keçirilir. Düşünürəm ki, bütün təəSsüratlar müsbətdir. Azərbaycan yaxşı dost, etibarlı tərəfdaşdır".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BƏƏ   Nazir  





Xəbər lenti