Avropadan məhsuldar keçilər gəlir

Avropadan məhsuldar keçilər gəlir
  05 Oktyabr 2013    Oxunub:2288
AzVsison.az xəbər verir ki, İlin ötən dövründə “Aqrolizinq” ASC tərəfindən Fransadan diri çəkisi 80-90 kiloqram, laktasiya dövrü 250 gün olan, ildə 800-1000 litr süd və 2-3 bala verən 340 baş “Alpin”, Hollandiyadan isə məhsuldarlığı ildə 1000-1200 litr süd və iki bala olan 330 baş “Saanen” keçi cinsləri gətirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə kənd təsərrüfatı naziri İsmət Abasov Ağcabədi rayonunda yerləşən “BEMS AGRO” heyvandarlıq şirkətində olarkən məlumat vermişdir. Nazir belə təsərrüfatın Azərbaycanda ilk dəfə yaradıldığını, keçi ətinin və südünün qiymətli qida məhsulu olduğunu diqqətə çatdırmış, bunun bütövlükdə respublikada heyvandarlıq məhsullarının istehsalının artırılmasına öz töhfəsini verəcəyini vurğulamışdır. Bu sahəyə maraq göstərən fermer və sahibkarların “Aqrolizinq” ASC-yə müraciət etmələri tövsiyə olunub.

Həmçinin məlumat verildi ki, bu il xaricdən 2120 baş yüksək məhsuldar damazlıq keçi alınması nəzərdə tutulub. Artıq 670 baş damazlıq keçi alınaraq ölkəyə gətirilib.


Teqlər:  





Xəbər lenti