EBC AZƏRTAC ilə əməkdaşlıq müqaviləsi imzalamaq istəyir
Elxan Poluxov müqavilənin perspektivlərinə ümidlə baxdığını qeyd edib. Bildirib ki, bu müqavilə iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək, Braziliya cəmiyyətinə Azərbaycan barədə geniş informasiya çatdırmaqla yanaşı, Azərbaycanda da Braziliya haqqında ilkin mənbədən dolğun məlumat əldə edilməsi imkanı yaradacaq.
Azərbaycanlı diplomat diqqətə çatdırıb ki, cari il hər iki tərəf üçün maraqlı hadisələrlə zəngindir. Azərbaycan Respublikasının müstəqilliyinin 100 illiyi, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi və digər hadisələr bu qəbildəndir.
Görüş haqqında EBC-nin internet səhifəsində dərc olunan informasiyada Azərbaycanın coğrafi mövqeyi, iqtisadiyyatı, həmçinin ölkəmizdəki tolerantlıq mühiti barədə məlumatlar da verilib.
AzVision.az
Teqlər: AZƏRTAC