Həmsədrlər aeroporta görə narahatdır

Həmsədrlər aeroporta görə narahatdır
  04 Mart 2013    Oxunub:1249
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İan Kelli (ABŞ) martın 2-si və 3-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirdikləri görüşlərin yekunları ilə bağlı birgə bəyanat yayıblar.
Həmsədrlər görüşlərdə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən və son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə etdiklərini bildiriblər. Onlar həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi üzrə ideyaları müzakirə ediblər.
APA-nın məlumatına görə, bəyanatda “Həmsədrlər yaxın həftələrdə regiona səfər edərək, Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımları müzakirə edəcəklər”, - deyə bildirilir.


Teqlər:  





Xəbər lenti