Rusiyadan alınan yeni qatar Bakıya gətirildi

Rusiyadan alınan yeni qatar Bakıya gətirildi
  04 Aprel 2018    Oxunub:1874
“Bakı-Metropoliteni” ilə Rusiyanın “Metrovaqonmaş” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu ölkədən alınan 2 qatardan biri artıq Bakıya gətirilib.
Bu barədə AzVision.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, hazırda qatarın sazlanma işləri aparılır: "Bu işlər yekunlaşdıqdan sonra sınaqlar həyata keçiriləcək. Bundan sonra isə qatar xəttə buraxılacaq”.



N.Paşayev əlavə edib ki, yeni qatarların hər bir vaqonunda 16 USB portu var və vətəndaşlar telefonlarını, planşetlərini enerji ilə təmin edə biləcəklər. Digər qatar bu ayın sonuna kimi ölkəmizə gətiriləcək.

Qeyd edək ki, bunlar 4-cü nəsil qatarlardır. İstismar müddəti 31 ildir. Qatarlarda velosiped və uşaq arabaları üçün xüsusi yerlər var.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Metro   Qatar   Bakı  





Xəbər lenti