ABŞ-ın hərbi ekspertləri Bakıda seminar keçirir

ABŞ-ın hərbi ekspertləri Bakıda seminar keçirir
  04 Aprel 2018    Oxunub:1046
ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.

Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti