General Hikmət Həsənov: “Növbəti dəfə düşmənə daha sarsıdıcı zərbə vurulacaq”

General Hikmət Həsənov: “Növbəti dəfə düşmənə daha sarsıdıcı zərbə vurulacaq”
  04 Aprel 2018    Oxunub:25303
“Tam məxfiçilik rejiminə riayət edərək, düşmənin gözləmədiyi anda, gözləmədiyi istiqamətdə və gözləmədiyi qüvvələrlə biz onlara təsir etdik”.
AzVision.az-ın məlumatına görə, bunu Hərbi birlik komandiri, general-mayor Hikmət Həsənov 2016-cı ilin aprel döyüşlərindən danışarkən deyib.

Birlik komandirinin sözlərinə görə, həmin döyüşlər ərəfəsində düşmən bizim yaşayış məntəqələrini vururdu və mülki əhalidə narahatlıq hissi yaradırdı:

"Eyni zamanda düşmən kəşfiyyat-diversiya qruplarının vasitələri ilə ön xəttdə yerləşən bölmələrimizə təsir edirdi. Biz aprelin 1-dən 2-nə keçən gecə düşmənin növbəti təxribatlarının qarşısını aldığımız zaman əlimizdə olan bir neçə planın bir qismini istifadə edərək bu tədbirləri həyata keçirdik".



General-mayor Ermənistan silahlı qüvvələrinin qərargah rəisi Movses Akopyanın son müsahibəsinə də münasibət bildirib: "Ermənistan ordusunun baş qərargah rəisi çıxışında bildirib ki, "Azərbaycan bir daha bu tip hücumları edə bilməyəcək. Biz hər bir şeyə hazırıq". Hərbçi kimi bu fikirləri qiymətləndirmək istəyirəm. O, hərbi məktəb bitiribsə, bilməli idi ki, bir əməliyyat ikinci dəfə təkrarlanmır. Hər bir əməliyyatın öz xüsusiyyəti, tipi və növü var. O, elə düşünür ki, biz yenə 2016-cı ilin aprelindəki kimi tədbirlərə əl atacayıq. Bizim hazır vəziyyətdə bir neçə planımız var. Növbəti dəfə biz düşmənə daha sarsıdıcı zərbə vuraraq, onların döyüş əzm və iradəsini qırıb, onları bizim haqq işimizə imza atmağa məcbur edəcəyik. Buna əmin ola bilərlər".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: General-mayor   Hikmət-Həsənov   Aprel-döyüşləri  





Xəbər lenti