Bakıda insan ətindən dönər hazırlanır? - Rəsmi açıqlama
Qida Təhlükəsizliyi Agentliyi hüquq-mühafizə orqanları ilə birgə əhali arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız materialları yayan şəxslərin barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görəcəyini bəyan edir.
Qeyd olunub ki, Agentliyə mənşəyi məlum olmayan qida məhsulları, o cümlədən dönərlə bağlı rəsmi şikayət daxil olmayıb: "Bir daha nəzərinizə çatdırırıq ki, tək dönərlə deyil, ümumiyyətlə, qida məhsulları ilə bağlı hər hansı bir şübhəli halla rastlaşdıqda, dərhal həmin qida məhsulunun istehsal olunduğu müəssisənin hüquqi ünvanı və ya qida məhsulunun satışının həyata keçirildiyi satış nöqtəsi barədə Qida Təhlükəsizliyi Agentliyinin (012) 377-00-77 telefon nömrəsinə zəng vuraraq, yaxud rəsmi müraciət edərək məlumat verə bilərsiniz".
AzVision.az