Mirşahin yeni telekanalında Aytəkin Alxaslıya iş verməyib

  03 Aprel 2018    Oxunub : 3125
Mirşahin yeni telekanalında Aytəkin Alxaslıya iş verməyib
Sosial şəbəkələrdə tanınmış jurnalist Aytəkin Alxaslının skuterlə qəzaya düşdüyü anın görüntüləri yayılıb. Hadisə illər öncə baş versə də, jurnalist bir anda sosial mediada müzakirə predmetinə çevrilib.
A.Alxaslı əməkdaşımızla söhbətində hazırda saytlardan birində bölgə müxbiri işlədiyini deyib. O, buna baxmayaraq, hələ də televiziyada işləmək istədiyini bildirib. Jurnalist, həmçinin qeyd edib ki, Mirşahin Ağayev yeni açdığı Real TV-yə onu dəvət etməyib.

“Təklif gəlsə belə, nə qərar verəcəyim barədə bir söz deyə bilmərəm. Başqa işlərdə işləmək istəmirəm. Televiziyada işləmək istəyərəm, arzu heç vaxt tükənmir, özümü doğma olan kollektivdə, ANS-çilərlə bağlı kollektivdə görmək istəyərəm. Hazırda ANS-çi olaraq qalsam, daha yaxşıdır”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Aytəkin-Alxaslı   Real