Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq
  01 Aprel 2018    Oxunub:1107
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yuxarı 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-7, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər: Hava  





Xəbər lenti