Bakıda 3 otaqlı ev yanıb

Bakıda 3 otaqlı ev yanıb
  01 Aprel 2018    Oxunub:1054
Bakıda yanğın qeydə alınıb.
AzVision.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti