FHN 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN 6 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
  01 Aprel 2018    Oxunub:1457
Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran rayonu, Gərmətürk kəndində "Ford" markalı yük və "Mitsubishi" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 6 nəfərin (1966-cı il təvəllüdlü Aslanov Fikrət Şirəli oğlu, 1968-ci il təvəllüdlü Aslanov Namiq Şirəli oğlu, 1976-cı il Aslanov Faiq Tofiq oğlu, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Vəsmə Aslanova) cəsədi xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti