Lənkəranda ailə faciəsi: 6 nəfər qəzada öldü - (ADLAR, FOTO)

Lənkəranda ailə faciəsi: 6 nəfər qəzada öldü  - (ADLAR, FOTO)
  01 Aprel 2018    Oxunub:8952
Bu gün Lənkəranın Gərmətük kəndində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan altı nəfərin şəxsiyyətləri müəyyənləşib.
AzVision.az xəbər verir ki, 99-BJ-224 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili ilə 42-BS-634 dövlət nömrə nişanlı "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində Ləj kəndindən olan bir ailənin altı üzvü - Faiq, Fikrət, Namiq, Xanımgül, Mərziyyə və Məsmə Aslanovlar həlak olublar.

7 yaşlı Ülvi Aslanov və yük maşınının sürücüsü, Lerik rayon sakini Natiq Cəfərov xəsarət alıblar.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri həlak olanların cəsədlərini deformasiyaya uğramış “Mitsubishi” markalı avtomobildən xüsusi avadanlıq vasitəsilə çıxarıblar.

Xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.





AzVision.az


Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti