Keçmiş məhkum yenidən saxlanıldı

Keçmiş məhkum yenidən saxlanıldı
  30 Mart 2018    Oxunub:1028
Ağdam rayon Sarıcalı kənd sakini Ramil Zülfəliyev DİN-in “102” zəng mərkəzinə müraciət edərək otlaq sahəsindən 6 baş inəyinin oğurlandığı barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az-a verilən məlumata görə, faktla bağlı Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Ağdam rayon Quzanlı kənd sakini, əvvəllər məhkumluğu olan Rafiq Xəlilov olduğu müəyyən edilib.

Oğurlanan inəklər maddi sübut kimi götürülüb. Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti