Azərbaycanda 13 mindən çox qadın şəkər xəstəsidir
Bunu AzVision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova bildirib.
S.Xəlilova bildirib ki, 2017-ci ildə ilk dəfə qeydiyyata alınan şəkərli diabet xəstələrin sayı 24881 nəfər olub: “Bunlardan 13682-i qadındır. İlkin qeydiyyata alınan xəstələrdən 142 nəfəri 0-13 yaş qrupunda, 68 nəfəri 14-17 yaş qrupunda olan uşaqlardır. Ümumilikdə 2017-ci ildə 18 yaşa qədər 210 nəfər şəkərli diabet üzrə ilkin qeydiyyata alınıb”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Şəkərli-diabet Xəstəlik Həkim