Bakıda qəza ölümə səbəb oldu

Bakıda qəza ölümə səbəb oldu
  30 Mart 2018    Oxunub:1404
Suraxanıda ağır yol qəzası baş verib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

AzVision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti