Gəncədə polis əməkdaşı döyülüb

Gəncədə polis əməkdaşı döyülüb
  30 Mart 2018    Oxunub:1591
Kəlbəcər Polis Şöbəsinin əməkdaşı döyülüb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı yeni yaşayış massivində qeydə alınıb.

Dava zamanı rayon Polis Şöbəsinin post-patrul nəfəri 1991-ci il təvəllüdlü Alışanov Səttam Azad oğlu döyülərək müxtəlif bədən xəsarətləri alıb. O dərhal xəstəxanaya çatıdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqnaları tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Gəncə   Polis  





Xəbər lenti