Siyəzəndə naməlum kişi meyiti tapıldı - FOTOLAR

Siyəzəndə naməlum kişi meyiti tapıldı - FOTOLAR
  29 Mart 2018    Oxunub:1500
Siyəzən rayon Yenikənd kənd ərazisində 55-60 yaşlarında kişi meyiti tapılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan AzVision.az-a verilən məlumata görə, tapılan zaman üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin boyu 175 santimetr, orta bədən quruluşlu, gözləri mavidir. Bədəninin müxtəlif nahiyələrində döymələr var.



Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Siyəzən Rayon Polis Şöbəsinə (02330) 4-02-21; (02330) 4-13-03 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.







AzVision.az


Teqlər: DİN   İtkin   Siyəzən  





Xəbər lenti