Bakıda 5 otaqlı ev yanıb

Bakıda 5 otaqlı ev yanıb
  28 Mart 2018    Oxunub:1141
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Nizami rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb və yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  



Xəbər lenti