Bayram günlərində 16 nəfər yol qəzasında ölüb

Bayram günlərində 16 nəfər yol qəzasında ölüb
  27 Mart 2018    Oxunub:1579
Bayram günlərində (20-27 mart) respublika ərazisində 33 yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, mart ayının 20-dən 27-dək yol qəzalarında 16 nəfər ölüb, 57 nəfər xəsarət alıb.
Qeyd edək ki, mart ayının 20 günündə respublikanın avtomobil yollarında 81 yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, mart ayının 1-dən 20-dək yol qəzalarında 41 nəfər ölüb, 113 nəfər isə xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DİN   Qəza   Ölüm  



Xəbər lenti