Axtarışda olan 21 nəfər saxlanılıb

Axtarışda olan 21 nəfər saxlanılıb
  27 Mart 2018    Oxunub:1536
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət   Həbs  



Xəbər lenti