Çayda batan şəxsin cəsədi tapılıb

Çayda batan şəxsin cəsədi tapılıb
  25 Mart 2018    Oxunub:1602
Kürdəmir rayonunun Köhünlü kəndi ərazisində Kür çayında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Zamanov Maqsud Məmmədsadıq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal edilən yerdən 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az


Teqlər: FHN   Kürdəmir   Çay  



Xəbər lenti