Bu gün hava necə olacaq?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Martın 25-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti təşkil edəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


