SOCAR-ın yeni nanotexnologiyalı binası

SOCAR-ın yeni nanotexnologiyalı binası
  04 Oktyabr 2013    Oxunub:1680
AzVsison.az HispanicBusiness.com-a istinadən xəbər verir ki, ARDNŞ-nin yeni binası nanotexnologiyalı şüşə örtüyü ilə örtüləcək.
Paytaxtımızn gözəlliyinə gözəllik qatan “Socar Tower” binasının şüşələri ətraf mühitdən qorunmaq və yaxşı silinməsi üçün Avstarliya şirkəti olan Nanovations Pty Ltd-nin şüşə örtüyü ilə əhatə olunacaq. 209 metrlik möhtəşəm bina bu günkü Bakının ən uzun binası olacaq. Xəbərdə bildirilir ki, şəhərin seysmiq zonada olduğu və küləkli havası ilə fərqləndiyini nəzərə alaraq bina 9-bal gücündə zəlzələyə, saniyədə 190 kilometr küləyə davamlı olaraq inşa edilir. Alov şəklində göydələnin dizaynı Cənubi Koreya firması olan Heerim Co LTD tərəfindən hazırlanıb. Əsas divarları isə bu sahədə dünya birincisi olan Permasteelis Group tərəfindən inşa ediləcək. Çöl tərəfdən şüşə səthinin qorunması və yaxşı silinə bilməsi üçün qərara alınıb ki, şüşələr Nanovations şirkətinin NG-1314 örtüyü ilə əhatə olunsun. Örtük istifadə olunmadan əvvəl intensiv şəkildə labaratoriya yoxlamalarından keçib.

Xəbərdə o da vurğulanır ki, bu şirkətin malları Avropada uğurlu xarakteristika qazanıb elə bunun nəticəsidir ki, bu göydələn üçün də tenderi qazanıb. Müqavilə imzalandıqda qərara alınıb ki, Bakıda olan digər proyektlərdə də bu şirkətin mallarından istifadə olunsun, amma hələ ki, bu Azərbaycanla bağlanan ilk müqavilədir. Nanovations Pty Ltd ultranazik örtükləri vasitəsilə binanın şüşələrinin ömrü artır və bununla bərabər silinməsi də daha asan olur. Məhsul ISO 9001 keyfiyyət nişanlıdır.


Teqlər:





Xəbər lenti