Azərbaycan çempionu bıçaqlandı

Azərbaycan çempionu bıçaqlandı
  22 Mart 2018    Oxunub:5620
Taekvondo üzrə Azərbaycan çempionu İsmayılov Səbuhi Cəfər oğlu bıçaqlanıb.
AzVision.az Report-a istinadla xəbər verir ki, hadisə ötən gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov “Mehdiabad dairəsi” kimi tanınan ərazidə tanışı ilə mübahisə edib.

Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman həmin şəxs S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

AzVision.az


Teqlər: Çempion   Cinayət   Bıçaqlanma  





Xəbər lenti