İsmayıllıda ərzaq mağazası yanıb

İsmayıllıda ərzaq mağazası yanıb
  22 Mart 2018    Oxunub:1710
İsmayıllı rayonunda ərzaq mağazasında yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 260 m2 olan ərzaq mağazasının içərisində olan ərzaq malları 20 m2 sahədə və 2 ədəd pəncərə çərçivəsi yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

AzVision.az


Teqlər: FHN   İsmayıllı   Mağaza  





Xəbər lenti