Bakıda iki bitişik ev yanıb

Bakıda iki bitişik ev yanıb
  21 Mart 2018    Oxunub:1688
Bakıda iki bitişik birmərtəbəli ev yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m2, dam örtüyünün yanar konstruksiyaları, bitişik ümumi sahəsi 97 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.

Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az



Teqlər: Yanğın   Bakı   FHN   Ev  





Xəbər lenti