Azərbaycanlılar Avropa Parlamenti qarşısında aksiya keçirəcəklər

Azərbaycanlılar Avropa Parlamenti qarşısında aksiya keçirəcəklər
  03 Oktyabr 2013    Oxunub:1181
Avropa Azərbaycanlıları Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirəcək.
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 3-də Avropada yaşayan azərbaycanlılar Brüsseldə Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirəcək. Aksiyanın keçirilməsində məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalması ilə bağlı Avropada yaşayan azərbaycanlıların narahatlığını Avropa parlamentarilərinin diqqətinə çatdırmaqdır.

Aksiyada münaqişə nəticəsində azərbaycanlılara qarşı törədilmiş soyqırım və terror aktları, bir milyondan çox soydaşımızn məcburi köçkünə çevrilməsi, Azərbaycan torpaqlarının 20 faizinin işğaldan azad edilməsi ilə bağlı şüarlar səsləndiriləcək.
Aksiyada Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün Aİ tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq olunması, ümumiyyətlə bütün dünya birliyinin bu problemə ədalətli qiymət verməsini tələb edən bəyanatın da qəbul olunacağı gözlənilir.
Aksiyada Avropada fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatları iştirak edəcək. Bunun üçün şəhər meriyasından müvafiq icazə də alınıb. Qeyd edək ki, dünən bəzi kütləvi informasiya vasitələrində Brüssel Şəhər Meriyası tərəfindən aksiyanın keçirilməsinni məqsədəuyğun hesab edilmədiyi və azərbaycanlı fəallara etiraz cavabı verildiyinə dair dəqiqləşdirilməmiş informasiya yayılmışdır. Aksiyanın əsas təşkilatçısı olan Avropa Azərbaycanlıları Konqresindən bu məlumatın doğru olmadığı və aksiyanın keçirilməsi üçün bütün instansiyalardan razılığın alındığı bildirilib.

Aksiya yerli vaxtla saat 15.00-dan 17.00-dək davam edəcək.



Teqlər:





Xəbər lenti