İki balıqçı su anbarında batıb

İki balıqçı su anbarında batıb
  11 Mart 2018    Oxunub:2350
Fövqəladə Hallar Nazirliyi (FHN) su anbarında batan balıqçılar barədə məlumat yayıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti