NABUCCO və TANAP işləri bölüşdürdü

NABUCCO və TANAP işləri bölüşdürdü
  04 Mart 2013    Oxunub:1614
Tərəflər arasında anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
NABUCCO Gas Pipeline International GmbH ilə Trans Anadolu Boru Kəməri (TANAP) üzrə bu gün anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.

Bu sənədlə hər iki tərəf Cənub Qaz Dəhlizinin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi surətdə bəyan ediblər.

Sənəddə deyilir ki, NABUCCO və TANAP texniki və digər strateji məlumat mübadiləsi edəcək və “onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq aparacaqlar. Avropa İttifaqı və Cənubi-Şərq Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.

NABUCCO Gas Pipeline International GmbH icraçı direktoru Reynhard Mitşek deyib: “Bu sənəd Cənub qaz dəhlizinin iki ayrılmaz hissəsinin əlaqəsindən bəhs etməklə, Avropaya qaz təchizatının diversifikasiyası uğrunda birgə məqsədimizə daha bir addım yaxınlaşdırır. Memorandum hər iki layihənin uğurla davam etməsi məqsədilə həyat əhəmiyyətli məlumatın və işlərin bölüşdürülməsi üçün qarşılıqlı çərçivə yaradır.”

NABUCCO boru kəmərinin Xəzər dənizi regionunun qaz ehtiyatlarının Turkiyə-Bolqarıstan sərhəddindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Baumqartendə yerləşən Mərkəzi Avropa Qaz Mərkəzinə götürəcəyi planlaşdırılır.



Teqlər:





Xəbər lenti