9103-ə zəng vura bilərsiniz

9103-ə zəng vura bilərsiniz
  04 Mart 2013    Oxunub:1522
Vətəndaşlar bu nömrə vasitəsilə Səhiyyə Nazirliyi ilə birbaşa əlaqə saxlaya biləcəklər
Vətəndaşların Səhiyyə Nazirliyi ilə daha rahat əlaqə saxlamaları üçün “9103” nömrəsi istifadəyə verildi. AzVision.az-a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırılması və əhali ilə bir başa əlaqəni daha da sadələşdirilməsi məqsədi ilə yeni, qısa əlaqə nömrəsi istifadəyə verilib.

Səhiyyə Nazirliyinin istifadəyə verdiyi birbaşa “9103” əlaqə nömrəsi əhaliyə Səhiyyə Nazirliyinin bütün şöbələri ilə əlaqə yaratmaq imkanı verəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti