Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat
  26 Fevral 2018    Oxunub:2531
Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb.

AzVision.az xəbər verir ki, bəyanat XİN-in rəsmi saytında yerləşdirilib.
“Ermənistanın 26 fevral 1992-ci il tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı şəhərində təşkil etdiyi silahlı hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb.İtkin düşənlərin aqibəti isə bu günə qədər bəlli deyil. Mülki əhaliyə qarşı yönələn insanlıqdan kənar hücum dünya birliyinin yaddaşlarına yazılmış və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqları işğal altındadır. Bir milyondan çox insan azərbaycanlı öz ölkəsində qaçqın kimi yaşamaqdadır.

Türkiyə olaraq, azərbaycanlı qardaşlarımızın bundan 26 il öncə Xocalıda vəhşicəsinə məruz qaldıqları hücum və qətliamı hər zaman qəlbimizin ən dərin yerlərində hiss edir, bu ağrı-acını bölüşürük. Qətliamı və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq.

Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün azərbaycanlı qardaşlarımıza bir daha ən səmimi başsağlığımızı veririk.”, - deyə bəyanatda vurğulanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   XİN   Xocalı  





Xəbər lenti