Şəkidə keçmiş məhkum yenidən tutuldu

Şəkidə keçmiş məhkum yenidən tutuldu
  21 Fevral 2018    Oxunub:1365
Şəki rayonu Sarıca kənd sakini ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ətrafında aparılan araşdırmalarla onun Naftalan Şəhər sakini əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurluq yolu ilə əldə etdiyi heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun
çox hissəsini borclu olduğu əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Laçın Əzimova verdiyini bildirib. Faktla əlaqədar araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti