Aİ rəsmisi: “ASAN xidmət” və “ABAD” Azərbaycanın brendinə çevrilib

Aİ rəsmisi: “ASAN xidmət” və “ABAD” Azərbaycanın brendinə çevrilib
  16 Fevral 2018    Oxunub:2754
“ASAN xidmət” və “ABAD” Azərbaycanın pozitiv simasının göstəricisidir. Bu strukturlar ölkənin brendlərinə çevrilib”.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün ASAN-a dəstək” layihəsinin bağlanış mərasimində deyib.

“Avropa İttifaqı bu layihələrin başlanğıcından burada olduğundan xoşbəxtdir. Bu layihəni dəstəkləyirik, onun uğuru əsasən təyinatından və ideyasından asılıdır. Layihələrin ümumi konspeti olduqca səmərəli və gözəldir"- Yankauskas bildirib.

Səfir bu cür layihələrin insanların xidmətlərə çıxışının daha asan olmasını təmin edərək inkişafına və nəticə qazandıracağına ümidvar olduğunu söyləyib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: ASAN-xidmət   ABAD    





Xəbər lenti