Dövlət başçısı “VTB Bank”ın prezidenti ilə görüşüb - Yenilənib

Dövlət başçısı “VTB Bank”ın prezidenti ilə görüşüb - Yenilənib
  24 Yanvar 2018    Oxunub:1752
Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “VTB Bank”ın prezidenti, idarə heyətinin sədri Andrey Kostin ilə görüşüb.
Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirdi. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışdı və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğuladı. O, bu işlərdə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıq etdi.

Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə etdi, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu dedi və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Davos   VTB-Bank  





Xəbər lenti