AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı
Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevə verilən əziyyətlər və ailələrinin yaşadığı böyük üzüntü barədə məlumatlar verib, təmsil olunduğu qrupu da bu məsələni xüsusi diqqətdə saxlamağa çağırıb:
“Bu məsələni Avropa İnsan Haqları üzrə Komissarı vəzifəsinə namizədlərin qrup üzvləri qarşısında çıxışı zamanı da xüsusi diqqət mərkəzində saxladıq. Onlara suallarımız zamanı bildirdik ki, hazırkı İnsan Haqları Komissarının bu məsələ ilə bağlı fəaliyyəti hiss olunmur və biz bundan çox narazıyıq və etirazımızı da hər zaman bildiririk. O, bir Komissar kimi Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün heç bir ciddi addımlar atmadı. Və Avropa İnsan Haqları Komissarı vəzifəsinə seçkilərdə səs verməzdən öncə hansı namizədin bu məsələlərə xüsusi diqqət yetirəcəyini bilmək istəyirik və mövqeyimizdə də bu məsələ xüsusi rol oynayacaq. Çünki yeni seçiləcək İnsan Haqları Komissarından ikili standartlara yol vermədən Ermənistanın işğalçılığı üzündən evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə dönməsi haqlarının ciddi müdafiə olunmasını, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün ciddi səylər göstərməsini gözləyirik”.
AzVision.az
Teqlər: AŞPA Dilqəm-Əsgərov Şahbaz-Quliyev Girov