Magistr imtahanı verənlərin nəzərinə!

Magistr imtahanı verənlərin nəzərinə!
  04 Mart 2013    Oxunub:1182
İmtahanın nəticələri yaxın günlərdə məlum olacaq.
Martın 3-də magistraturaya keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın günlərdə açıqlanacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib.
Birinci mərhələdə bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub.

Birinci mərhələdəki nəticələrə əsasən TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılacaq və iyun 23-də keçiriləcək ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, magistraturaya proqram seçimi 3-11 iyun, ixtisaslaşma seçimi 26-28 iyunda aparılacaq.





Teqlər:  





Xəbər lenti