Bayrağımız cırıldı

Bayrağımız cırıldı
  03 Mart 2013    Oxunub:1257
Paytaxtda səhər saatlarından başlayan külək Azərbaycanın ən hündür bayrağından yan keçməyib
Dövlət Bayrağı Meydanında dalğalanan üçrəngli Azərbaycan bayrağı cırılıb. “Qafqazinfo”nun məlumatına görə, bu gün səhər saatlarından başlayan külək Azərbaycanın ən hündür bayrağından da yan keçməyib. Belə ki, sosial şəbəkələrdə paylaşılan Bayraq Meydanındakı foto bu saatlarda çəkilib və fotodan da göründüyü kimi bayrağımız cırılıb.

Qeyd edək ki, meydandakı bayrağın çəkisi 350 kiloqramdır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri isə 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. “Ginnes”in dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.


Teqlər:  





Xəbər lenti