Ölən əsgərimizin atası danışdı

Ölən əsgərimizin atası danışdı
  02 Mart 2013    Oxunub:1470
Mürvət Allahverdiyev: “Oğlumun ölümünün müəyyən qüvvələr tərəfindən siyasiləşdirilməsinin əleyhinəyəm”.
“Mən əminəm ki, prokurorluq orqanları oğlumun ölümünə ciddi yanaşaraq araşdırma aparacaq. Araşdırmalardan sonra hadisənin hansı səbəbdən və necə baş verməsi barədə düzgün məlumat əldə edə biləcəyik.


Oğlumun qanının yerdə qalmayacağına inanıram. Bu hadisənin müəyyən qüvvələr tərəfindən siyasiləşdirilməsinin əleyhinəyəm və bu məsələdə dövlətimizə arxayınam”.

Bunu Azərbaycan Ordusunun dünən intihar etmiş əsgəri Seymur Allahverdiyevin atası Mürvət Allahverdiyev jurnalistlərə açıqlamasında deyib.

Əsgərin anası yas mərasimində iştirak edən Respublika Hərbi Prokurorunun müavini Şəfayət İmranova müraciət edərək oğlunun özünü öldürməsinə inanmadığını, bu məsələnin düzgün araşdırılmasını tələb etdiklərini bildirib: “Hərbidə 17 ay xidmət edən və bir aydan sonra evinə qayıdacaq əsgərin özünü öldürməsinə inanmırıq”.


Teqlər:





Xəbər lenti